Türkiyənin Sakarya şəhərinin Karasu qəsəbəsində fahişələrə və insan alverinə qarşı irimiqyaslı əməliyyat keçirilib.
Lent.az xəbər verir ki, bir neçə ünvanda baş tutan əməliyyatlarda 300 polis iştirak edib. Nəticədə qadınları fahişəliyə məcbur edən, onları müxtəlif ünvanlarda görüşlər təyin edən 5-i özbək olmaqla, 6 nəfər ələ keçirilib.
Həmçinin fahişəliklə məşğul olan 49 özbək, 8 azərbaycanlı, 4 türkmən də saxlanılıb. Əməliyyat baş tutan obyektlərdən 4 tapança, 84 fişəng, axtarışda olan 1 nəfər və külli miqdara pul ələ keçirilib.
Saxlanılanlardan 5 nəfər barəsində həbs qərarı, bir nəfər barəsində isə polisin nəzarəti altına verilmə haqqında iltizam tədbiri seçilib.