Biləsuvarda evdən oğurluq edilib.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, martın 30-da rayon ərazisindəki evlərin birindən 8400 manat pul oğurlanıb.
Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən M.Beybudov və şəhər sakini E.Heydərov saxlanılıblar.