Ermənilər Laçını  atəşə tutdu
24 iyun 2022 13:55 (UTC +04:00)

Ermənilər Laçını atəşə tutdu

Ermənilər növbəti dəfə atəşkəsi pozublar.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

# 1896
avatar

Oxşar yazılar