Edamlar son 10 ilin  ən yüksək səviyyəsinə   çatıb
08 aprel 2025 19:01 (UTC +04:00)

Edamlar son 10 ilin ən yüksək səviyyəsinə çatıb

2024-cü ildə 15 ölkədə ən azı 1518 nəfər edam edilib ki, bu da 2015-ci ildən bəri ən yüksək rəqəmdir. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu məlumatlar Amnesty International hüquq müdafiə təşkilatının illik hesabatında təqdim olunub.

Təfərrüatlar

Hesabata görə, 2024-cü il ən azı 1634 nəfərin edam edildiyi 2015-ci ildən bəri ən çox edamın qeydə alındığı il olub. Reallıqda rəqəmlər daha çoxdur, çünki hesabatda onların həyata keçirdikləri edamların sayını açıqlamayan ölkələrdə minlərlə ehtimal edilən edamlar nəzərə alınmayıb.

Hüquq müdafiəçiləri qeyd edirlər ki, edamların böyük əksəriyyəti Yaxın Şərq ölkələrində həyata keçirilib. Edamların artmasına görə əsas məsuliyyət İran, İraq və Səudiyyə Ərəbistanının üzərinə düşür.

Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Anes Kallamarın sözlərinə görə, İran dünyada etibarlı məlumatların olduğu ən çox edam cəzasına malik ölkədir. Hesabatda İranda 2024-cü ildə 30-u qadın olmaqla 972 nəfərin edam edildiyi bildirilir. Maraqlıdır ki, bu ölkədə edam olunan qadınların sayı ildən-ilə artır.

Anes Kallamar qeyd edib ki...

Ölüm cəzası müasir dünyada yeri olmayan iyrənc, qeyri-insani və alçaldıcı bir təcrübədir.

Ən çox edamın Çində həyata keçirildiyinə dair ehtimallar var, lakin bu barədə heç bir məlumat yoxdur. Çində edam statistikası dövlət sirri hesab olunur. Vyetnam və Şimali Koreya ölüm hökmündən geniş şəkildə istifadə etdiyi bilinən digər iki ölkədir, lakin onlar da həyata keçirdikləri edamların sayını açıqlamırlar.

Dünya üzrə ölüm hökmlərinin 40 faizdən çoxu narkotiklə əlaqəli cinayətlərə görə təyin edilib – baxmayaraq ki, beynəlxalq standartlar ölüm hökmünün yalnız “ən ağır cinayətlər” üçün tətbiq edilməsinə icazə verir. Yaxın Şərqdə ölüm cəzası insan haqları müdafiəçilərini, dissidentləri, etirazçıları, siyasi rəqibləri və etnik azlıqların nümayəndələrini susdurmaq üçün istifadə olunub. Prezident Donald Trampın açıq şəkildə ölüm hökmünü dəstəklədiyi ABŞ-da 2024-cü ildə 25 nəfər edam edilib.

Eyni zamanda, bir sıra ölkələrdə müsbət dəyişikliklər baş verib. Zimbabve adi cinayətlərə görə ölüm cəzasını ləğv edən qanun qəbul edib. Malayziya edama məhkum edilənlərin sayını mindən çox azaldan islahat həyata keçirib. İlk dəfə olaraq BMT-yə üzv dövlətlərin üçdə ikisindən çoxu Baş Assambleyanın ölüm cəzasına qlobal moratoriumun qoyulması ilə bağlı qətnaməsini dəstəkləyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1224

Oxşar yazılar