"Bir sual, bir cavab" - Azərbaycanda rüşvət alanları hansı cəza gözləyir?
21 may 2020 19:48 (UTC +04:00)

"Bir sual, bir cavab" - Azərbaycanda rüşvət alanları hansı cəza gözləyir?

Lent.azın "Bir sual, bir cavab" rubrikasının budəfəki mövzusu rüşvətalma ilə bağlıdır.

Son zamanlar vəzifəsindən istifadə edərək rüşvət alan məmurların müəyyən olunub saxlanması üçün hüquq-mühafizə orqanları əməliyyat təbirləri keçirir. Bu cinayətlə bağlı xeyli vəzifəli şəxs saxlanılıb. Görəsən, ölkə qanunvericiliyində onlara qarşı hansı cəzalar nəzərdə tutulub?

Hüquqşünas Şamil Paşayev Lent.az-a bildirib ki, külli miqdarda rüşvət alanları 8 ildən 12 ilədək həbs cəzası gözləyir:

“Rüşvətxorluq Cinayət Məcəlləsinin korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayətlər kateqoriyasına aiddir. Digər cinayətlər kimi ağırlaşdırıcı halları var. Bu da müvafiq maddənin 3-cü hissəsində özünü göstərir və külli miqdarda rüşvət almanı özündə ehtiva edir. Külli miqdarda rüşvət alma isə məcəllənin 311-ci maddənin qeyd hissəsində göstərildiyi kimi 5 min manatdan yuxarı məbləğ başa düşülür.

Rüşvətxorluq və korrupsiya ilə bağlı keçirilən əməliyyatlardan sonra insanlar arasında belə fikir yarandı ki, rüşvət yalnız onu alan şəxsin əlində tutulduqda sübuta yetirilir. Bu, yanlış fikirdir. Rüşvətalma elə cinayətdir ki, vəzifəli şəxs pulu və ya maddi neməti alan zaman başa çatır. Artıq onu almaq Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə cinayətə səbəb olur. Rüşvəti alan şəxsin həbsi üçün aldığı pul, yaxud digər maddi neməti onun əlində tutmaq vacib deyil. Nəzərə almaq lazımdır ki, şəxs rüşvət almaq üçün 3-cü və digər şəxslərdən istifadə edə bilər. Özü və ya digər şəxslər üçün güzəşt, pul və.s üstünlük qazana bilər.

Qeyd etmək lazımdır ki, korrupsiya cinayətlərində olan rüşvətalmanın subyekti yalnız vəzifəli şəxslərdir. Əgər şəxsin kimisə vəzifəyə qoymaq səlahiyyəti yoxdursa və bunun üçün pul alıbsa, bu artıq dələduzluq cinayətidir. Külli miqdarda rüşvətalmaya görə Cinayət Məcəlləsində 8 ildən 12 ilə qədər cəza nəzərdə tutulub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3853
avatar

Mehman Nəbiyev

Oxşar yazılar