Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı
07 yanvar 2024 10:38 (UTC +04:00)

Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

Yanvarın 6-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 5, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3546

Oxşar yazılar