Cəlilabadda faciə : 11 yaşlı uşağın meyiti su anbarından çıxarıldı
27 iyun 2024 20:17 (UTC +04:00)

Cəlilabadda faciə: 11 yaşlı uşağın meyiti su anbarından çıxarıldı

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb. Hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA - nın cənub bürosunun verdiyi məlumata görə Cəlilabad rayon Gülməmmədli kəndi ərazisində yerləşən İncəçay su anbarıında uşaq boğularaq ölüb.

Suda batan şəxs Cəfərxanlı kənd sakini 11 yaşlı Səməd Amil oğlu Mənsurov öz həmyaşıdı ilə çimmək məqsədi ilə gəlib. İlk olaraq suya daxil olan Səməd, boğulma təhlükəsi ilə üzləşib.

Bunu görən digər yeniyetmə özünü itirib və ordan uzaqlaşıb. Hadisə yerinə əvvəlcə kənd sakinləri gələrək batan şəxsin xilas etmək məqsədi ilə suya daxil olublar. Lakin onu suda tapa bilməyiblər.

Paralel olaraq hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağrılıb. Xilasedicilərin köməyi ilə uşağın meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2670
avatar

Oxşar yazılar