Biznesmeni hədələyib pulunu alan polis zabiti tutuldu
24 aprel 2024 17:28 (UTC +04:00)

Biznesmeni hədələyib pulunu alan polis zabiti tutuldu

Rusiyanın Sankt-Peterburq şəhərində 40 yaşlı polis rüşvətxorluqda ittiham olunub. 

Lent.az yerli mediaya istinadla bildirir ki, böyük rayon polis zabiti rüşvət almaqda təqsirli bilinir. İstintaqın məlumatına görə, o, 2023-cü ilin fevralından 2024-cü ilin aprelinə qədər dəmir yolu və aviabilet satışı ilə məşğul olan iş adamından pul alıb. 

Qeyd olunur ki, təqsirləndirilən şəxs sahibkarı yoxlamalarla hədələyib, ona pul ödəməkdən imtina edərsə, cinayət məsuliyyətinə cəlb olunacağını bildirib.

Növbəti rüşvət epizodu zamanı aprelin 15-də Daxili İşlər Nazirliyi Baş İdarəsinin rayon üzrə Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları onu saxlayıblar. 

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7875
avatar

Oxşar yazılar