Rusiyada beşinci mərtəbədən yıxılan kişi evə gedib yatıb, amma oyanmayıb.
Lent.az xəbər verir ki, hadisə Saxalin vilayətinin Oxa şəhərinin Komsomolskaya küçəsindəki evdə baş verib. Beşinci mərtəbədən yıxılaraq sağ qalan şəhər sakini üçün tibbi yardımdan imtina faciəli şəkildə başa çatıb.
O, beşinci mərtəbədə yerləşən mənzilində eyvanın məhəccərində oturaraq siqaret çəkirmiş. Ekstremal idman həvəskarı bir anda mövqeyini dəyişməyə çalışsa da, yıxılıb. Rəfiqəsi hadisəni onun telefonu ilə lentə alıb.
Qonşular zərərçəkmiş üçün təcili yardım çağırıb, lakin kişi özünü yaxşı hiss etdiyini deyərək xəstəxanaya getməkdən imtina edib. Kişi evinə qayıdıb, yatıb və ölüb.