Bank dələduzu polis mayorunu belə aldatmaq istədi - FOTO
15 mart 2022 12:28 (UTC +04:00)

Bank dələduzu polis mayorunu belə aldatmaq istədi - FOTO

Sosial şəbəkələrdə bank dələduzluqları ilə bağlı dəfələrlə məlumatlar paylaşılıb.

Lent.az xəbər verir ki, bu paylaşımlarda özlərini bank rəhbəri yaxud vəzifəli şəxsi kimi təqdim edənlərin vətəndaşlara yüksək məbləğdə kredit təklif etməsi əks olunub. Belə hallardan biri ilə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev də üzləşib. Bu barədə o, özünün “Facebook” hesabında bildirib.

Polis mayoru “Whatsapp” üzərindən edilən yazışmanın ekran görüntüsünü paylaşaraq vətəndaşları bir daha diqqətli olmağa səsləyib:

“Özünü bank rəhbəri kimi təqdim edən şəxs +229 96 90 47 35 “Whatsapp” üzərindən mənimlə yazışır. Kredit təklif edir. Nömrə saxtadır. Yazı ifadəsindən aydın duyulur ki, tərcümə ilə yazır. Şəxsi məlumatları istəyir”.

Dələduzun Elşad Hacıyevlə yazışması

Dələduzun Elşad Hacıyevlə yazışması

Dələduzun Elşad Hacıyevlə yazışması

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Mehman Nəbiyev

Oxşar yazılar