Balakən və Qəbələdə əhalidən qanunsuz odlu silahlar götürüldü - FOTO
17 noyabr 2023 10:49 (UTC +04:00)

Balakən və Qəbələdə əhalidən qanunsuz odlu silahlar götürüldü - FOTO

Balakən, Qəbələ və Ağdaşda polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın saxlanılması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətində keçirilən tədbirlər nəticəsində rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Həmçinin, rayonun Mahamalar kəndi ərazisindən bir ədəd tüfəng tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabr-noyabr ayları ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində isə vətəndaşlardan müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 9 ədəd müxtəlif markalı tüfənglər aşkarlanaraq götürülüb. 

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə mülki silahın saxlanılması qaydalarını pozan iki nəfər rayon sakini müəyyən edilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3382

Oxşar yazılar

Ticarət mərkəzində FACİƏ:  xadimə 3-cü mərtəbədən yıxıldı

Ticarət mərkəzində FACİƏ: xadimə 3-cü mərtəbədən yıxıldı

16 may 2025 , 10:56
Bakıda FACİƏ:  kişi 10-cu mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: kişi 10-cu mərtəbədən yıxılıb öldü

16 may 2025 , 10:28
Dünən bank kartlarından 10 min manatdan çox  pul oğurlanıb

Dünən bank kartlarından 10 min manatdan çox pul oğurlanıb

16 may 2025 , 09:55
Naxçıvanda dələduz "məmur"  saxlanıldı

Naxçıvanda dələduz "məmur" saxlanıldı

16 may 2025 , 09:46
İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?

İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?

16 may 2025 , 09:37
Tiktokda   dələduzluq edən TUTULDU

Tiktokda dələduzluq edən TUTULDU

16 may 2025 , 09:32
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

16 may 2025 , 09:23
Keçmiş məmur HƏBSDƏ ÖLDÜ

Keçmiş məmur HƏBSDƏ ÖLDÜ

16 may 2025 , 09:15