Bakıda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 7-də paytaxtın Nəsimi rayonu ərazisindəki evlərin birindən 300 manat pul, 4000 ABŞ dolları (təxminən 6800 manat) və qızıl-zinət əşyaları oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini M.İsgəndərov saxlanılıb.