Bakıda  XÜSUSİ ƏMƏLİYYAT:   13 kilo narkotiklə yaxalandı  -VİDEO
25 mart 2025 16:22 (UTC +04:00)

Bakıda XÜSUSİ ƏMƏLİYYAT: 13 kilo narkotiklə yaxalandı -VİDEO

Nəsimi rayonunda narkokuryerdən 13 kiloqram marixuana və həşiş aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, son əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Ceyhun Kuhi saxlanılıb. Ondan 13 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkarlanaraq götürülüb.

C.Kuhi ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Ümumilikdə isə Nəsimi rayonunda son üç ay ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb və nəticədə 36 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar