Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib.
Lent.az-ın məlumatına görə, Türkiyə vətəndaşı Miray Kutlay paytaxtda təsadüfən tanış olduğu Ağaxəlil Əhmədzadəyə əvvəlcə 800 manat borc pul verib. Sonra A. Əhmədzadə ondan 20 manat da borca pul alıb. Sonradan isə zərərçəkmiş borc verdiyi Ağaxəlilin müxtəlif bəhanələrlə yayınmağa çalışdığını görərək, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edib.
Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A. Əhmədzadə saxlanılıb. M. Kutlaya dəyən maddi ziyan tam ödənilib.
Qeyd edək ki, Türkiyə vətəndaşı olan M. Kutlay Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsidir.