Bakıda ev və şirkət qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonu ərazisindəki şirkətlərdən birinin həyətindən 3000 manat dəyərində elektrik kabeli oğurlanıb.
Qaradağ rayon Polis İdarəsi 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Sahil qəsəbə sakinləri R.Fərzəliyev, E.Zahidov və X.Cavadov müəyyən edilərək saxlanılıblar.
38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində isə Qızıldaş qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən 12.000 manat dəyərində elektrik transformatoru, 5 ədəd mühərrik, 2 ədəd qaynaq aparatı, dəmir boru və daş karxanasına aid digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Ə.Əliyev müəyyən edilərək saxlanılıb.