Bakıda tələbə qız qəzada öldü - FOTO  - YENİLƏNİB
02 aprel 2022 23:00 (UTC +04:00)

Bakıda tələbə qız qəzada öldü - FOTO - YENİLƏNİB

Bu gün paytaxtın Nizami rayonu Heydər Əliyev prospektində baş verən qəzada ölən gənc qızın tələbə olduğu məlum olub.

Lent.az-ın məlumatına görə, ağır yol qəzasında dünyasını dəyişən Cəfərzadə Aysel Ruslan qızı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi imiş.

Aysel Cəfərzadə

***
Saat:14:33

Bakıda ölümlə nəticələnən ağır yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə bu gün saat 10-11 radələrində paytaxtın Nizami rayonu Heydər Əliyev prospektində baş verib.

Minik avtomobili idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin gənc yaşlarında olan Cəfərzadə Aysel Ruslan qızı hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7470
avatar

Mehman Nəbiyev

Oxşar yazılar