Bakının Yasamal rayonu ərazisindəki sexlərin birindən 18600 manat dəyərində şirniyyat bişirən soba, lazer printer və 2 ədəd samovar oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, bu barədə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qusar rayon sakinləri, əvvəllər məhkum olunmuş R.Kərimov, Z.Rüstəmov və oğlu R. Rüstəmov saxlanılıblar.
Araşdırma aparılır.