Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Vaqif prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində baş verib.
Ukrayna vətəndaşı, 1991-ci il təvəllüdlü Dovqan Konstantin Vladromoviç idarə etdiyi mopedlə eyni istiqamətdə hərəkətdə olduğu “Toyota” markalı avtomobilə çırpılıb. Mopedin sürücüsü ağır bədən xəsarətləri alaraq 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Minik avtomobilinin sürücüsü Vahid Mərdənov APA-ya bildirib ki, moped onun sağ tərəfində eyni istiqamətdə hərəkət edən zaman qəfil sola manevr edərək maşına çırpılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır.