Lent.az -ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu evdə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlıdır.
Qeydiyyatda olan şəxsləri qeydiyyatdan çıxarmaq olar?
Lent.az xəbər verir ki, evdə qeydiyyatda olan, lakin faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması üçün ilk növbədə müvafiq ərazi üzrə polis idarəsinə müraciət etmək lazımdır.
Polis idarəsi müraciətin qeydiyyata alındığı müddətdən ən geci otuz günədək ya müraciətdən imtina edilməsi barədə qərar qəbul edir, ya da müraciətin təmin olunması ilə bağlı cavab məktubu göndərir.
Müraciətdən imtina olunması barədə qərar qəbul edilərsə, o zaman siz həmin qərarla birlikdə iddia ərizəsi yazaraq müvafiq inzibati məhkəməyə müraciət etməlisiniz.