"Təxribatçı qüvvələr həssas insanlardan  sui-istifadə   etməsinlər” - Allahşükür Paşazadə
13 oktyabr 2026 16:45 (UTC +04:00)

"Təxribatçı qüvvələr həssas insanlardan sui-istifadə etməsinlər” - Allahşükür Paşazadə

0

"Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır". 

 

Lent.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə "Real" Tv-yə müsahibəsində bildirib.

"Bu yaxınlarda “Anım günü”nü keçirdik. Qarşıdan da “Zəfər günü” gəlir. 44 gündə zəfər çalmaq, torpaqları işğaldan azad etmək hər adama, hər dövlətə nəsib olmur. İstəyirəm ki, insanları bir daha səslənim: "Bizim dövlətimiz yoxdursa, məscidimiz də yoxdur". Vaxtilə bizim həmyerlilərimiz torpaqlardan yalınayaq didərgin düşəndə niyə heç kim danışmırdı?

Mən dövlətimə inanıram. Bu problemin də həll olunacağını düşünürəm. Məsələnin adını hicab qoyurlar ki, daha təsirli olsun, insanlara, müsəlmanlara təsir göstərsin. Bu məqsədli addımdır. Elm və Təhsil Nazirliyi vasitəsilə bu məsələnin həll olunacağına inanıram. Prezident İlham Əliyevin İslam dininə olan münasibəti hamıya bəllidir.

Biz dindarlar bu gün dövlətimizin, dövlət rəhbərimizin yanındayıq. Çünki bu gün danışılanlar dini səpkidən çıxarılıb, dövlətçiliyə qarşı aparılan siyasət kimi qəbul olunur. Bütün dindarlar dövlətimizi dəstəkləməlidir. Bu dövlət bizə şəhidlərdən, şəhid analarından əmanətdir. Təxribatçı qüvvələr həssas insanlardan sui-istifadə etməsinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 436

Oxşar yazılar