Bakıda qəza: 3 ağır yaralı... - FOTO
05 avqust 2021 07:36 (UTC +04:00)

Bakıda qəza: 3 ağır yaralı... - FOTO

 

Bakı-Sumqayıt şossesində ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə magistral yolun Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

“Isuzi” markalı kiçiktutumlu yük maşını yüksək sürətə “Mercedes” markalı minik avtomobilinə, sonra beton yol ayrıcına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilinin sürücüsü və “Mercedes”də olan sərnişin ağır bədən xəsarəti alıb.

Hazırda Bakı-Sumqayıt şossesinin paytaxt istiqamətində, beynəlxalqa avtovağzalın yaxınlığında avtomobillərin hərəkətində tıxac yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1799

Oxşar yazılar