Bakıda qadın sürücü qəza törətdi, ölən və yaralılar var  - FOTO  - VİDEO
04 fevral 2023 09:58 (UTC +04:00)

Bakıda qadın sürücü qəza törətdi, ölən və yaralılar var - FOTO - VİDEO

Bakıda ölümlə nəticələnən yol qəzası var.

Lent.az-ın məlumatına görə, hadisə Z.Bünyadov prospekti 2072-nin qarşısında baş verib. Bakı şəhər sakini 42 yaşlı Eynullayeva Gülnarə Rasim qızı idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolayrıcı səddi aşaraq əks istiqamətdə hərəkətdə olan 33 yaşlı Bakı şəhər sakini Qurbanov Səid Elmar oğlunun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə S. Qurbanov hadisə yerində ölüb, G.Eynullayeva və sərnişinləri- 23 yaşlı Bağırov Nicat Arzu oğlu və 42 yaşlı Abbasov Səbuhi İslam oğlu aldıqları xəsarətlərlə Sabunçu tibb mərkəzinə daxil olublar.

Faktla bağlı cinayət işi başlanıb.

# 5565
avatar

Mehman Nəbiyev

Oxşar yazılar