Martın 2-də paytaxtın Nərimanov rayonu ərazisində Abşeron rayon sakini Ş.Əhmədov müəyyən edilməmiş avtomobillə vurulub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ş.Əhmədova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Nərimanov rayon Polis İdarəsi, 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan “Volkswagen” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini L.Rüstəmova müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.