Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumaat görə, hadisə martın 29-da saat 23 radələrində Nəsimi rayonu ərazisində qeydə alınıb.
Bakı şəhər sakini Gündüz İmanov idarə etdiyi “Zontes” markalı motosikletlə yolu keçən paytaxt sakini M.Məmmədlini vurub və idarəetməni itirərək yolun kənarındakı məhəccərlərə dəyib.
Nəticədə G.İmanov hadisə yerində ölüb, sərnişini və piyada xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.