Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə martın 4-də paytaxtın Nizami rayonunda baş verib.
Zərərçəkmiş 49 yaşlı Bəşirov İsrəfil Fayıq oğlu ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, martın 11-də dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.