Bakıda marketlər qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisindəki 4 mağazadan ümumilikdə 100 manat pul, 1900 manat dəyərində müşahidə kamerası, 4200 manat dəyərində ətir, tütün məmulatı, danışıq kartı və spirtli içki oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli Abşeron rayon sakinləri C.Qafarov və qardaşı C.Qafarov saxlanılıblar.