Bakıda kişi evdə müəmmalı şəkildə öldü
06 aprel 2022 10:00 (UTC +04:00)

Bakıda kişi evdə müəmmalı şəkildə öldü

Bakıda evdən kişi meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə ötən gün günorta saatlarında paytaxtın Binəqədi rayonu Binəqədi kəndində qeydə alınıb. 34 yaşlı Şahbazov Emil Yahyayeviç yaşadığı mənzildə qəflətən ölüb.

Onun meyitini qonşuları görüblər.

Mərhumun hansı səbəbdən öldüyü hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2412
avatar

Mehman Nəbiyev

Oxşar yazılar