Bakının Nəsimi rayonunda himayəsində olan azyaşlı bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, azyaşlını dilənçiliyə sövq edən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Pərviz Bədəlov saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilib. Araşdırma zamanı azyaşlının faktiki olaraq valideyn himayəsindən məhrum olduğu, eləcə də həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı müəyyən edilib.
O, müvafiq dövlət qurumlarının iştirakı ilə müvəqqəti sığınacağa yerləşdirilib. Pərviz Bədəlov barəsində Nəsimi rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Bacısını diləndirən qardaş