Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var -FOTO
01 iyul 2024 05:41 (UTC +04:00)

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var-FOTO

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Let.az APA-ya istinadən xəbər verir ki, hadisə "Karl Marks dairəsi" kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, “Honda” markalı avtomobilin sürücüsü yol nişanının tələbini pozaraq dairəyə dayanmadan daxil olub.

Bu zaman “Honda” markalı nəqliyyat vasitəsi dairədə hərəkətdə olan “Toyota” markalı maşına çırpılıb.

Zərbə güclü olduğundan “Honda” deformasiyaya uğrayıb, sürücüsü xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Fakta hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437
avatar

Oxşar yazılar