Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, 2000-ci il təvəllüdlü İsmayılov Qədir Fərman oğlu dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Cərrahiyyə əməliyyatı olunan yaralının reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.