Bakıda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Binəqədi rayonu Motodrom yaşayış sahəsindəki evlərin birindən 7540 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb.
Araşdırma aparılır.