Bakıda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsində yaşayan əvvəllər məhkum edilmiş Anar Qocayevdə silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir nəticəsində o, saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı atəş üçün yararlı avtomat, həmin silaha məxsus daraq və 9 ədəd patron aşkar edilərək götürülüb. Anar Qocayev avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 2-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Xəzəri rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Anar Qocayev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.