Bakıda 74 yaşlı kişinin gizlətdiyi silahlar  tapıldı
03 mart 2025 13:02 (UTC +04:00)

Bakıda 74 yaşlı kişinin gizlətdiyi silahlar tapıldı

Nərimanov Rayon Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə paytaxt sakini 74 yaşlı V.Usolsevin rayon ərazisində yerləşən evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, həmin şəxs saxlanılıb. Onun ünvanından 1 “Kalaşnikov” avtomatı, 2 tüfəng, 1 tapança və 153 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar