Metropoliten əməkdaşı qəflətən dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında metropoliten stansiyalar sərnişin girişinə açılmazdan əvvəl baş verib.
Süni qurğular təmirçisi, 61 yaşlı Vamiq Həsənov gecə növbəsindən işdən çıxarkən ürək dayanmasından dünyasını dəyişib.