Bakı Metropolitenində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əməliyyat tədbirləri Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.
Nəticədə dilənçiliklə məşğul olan 16 nəfər, o cümlədən 3 kişi, 7 qadın və 6 azyaşlı saxlanılmış və barələrində müvafiq tədbir görülüb.