Bakı aeroportunda ƏMƏLİYYAT:  brilyant qaçaqmalçıları TUTULDU
18 iyul 2025 11:50 (UTC +04:00)

Bakı aeroportunda ƏMƏLİYYAT: brilyant qaçaqmalçıları TUTULDU

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşının əl yükünə gömrük yoxlaması keçirilən zaman monitorda şübhəli cizgilər müşayiət olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı həmin şəxsin çantasında olan pul qabında gömrük orqanlarına bəyan edilməyən 7 ədəd kiçik ölçülü sellofan paketlərdə 111, 95 karat brilyant qaşlar aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar