Adi bir gündə Tula vilayətinin kiçik şəhəri Kimovskda bazarda yerli sakinləri şoka salan və şəhər ictimaiyyətini hiddətləndirən dəhşətli hadisə baş verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, uzun müddətdir Rusiyada yaşayan Azərbaycandan olan zəhmətkeş tacirlər arasında pomidor alıcısı ətrafında yaranan bayağı münaqişə bıçaqlanma ilə nəticələnib.
Faciə belə başlayıb. Həmin şəxslərdən biri - 33 yaşlı Rusiya pasportlu azərbaycanlı qonşu satıcı ilə rəqabət vəziyyətini bazar metodlarından istifadə etməklə və ümumilikdə sülh yolu ilə həll edə bilməyib və həmyerlisinə 5 bıçaq zərbəsi vurub.
59 yaşlı azərbaycanlı ağır yaralanıb və Donskoy şəhərində xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
Polis tez bir zamanda şübhəli şəxsi saxlayıb və onu istintaq şöbəsinə aparıb, orada İstintaq Komitəsinin müstəntiqləri bu qətlin baş vermə hallarının araşdırılması və müəyyən edilməsi üçün tədbirlərə başlayıblar.

Müəyyən edilib ki, hər iki şəxs Azərbaycan əsilli, eyni zamanda Rusiya vətəndaşıdır və uzun müddət Rusiyada yaşayıblar.