Azərbaycanlı "dindar" "Quran" dərslərində uşaqlara işgəncə verdi
27 may 2023 18:34 (UTC +04:00)

Azərbaycanlı "dindar" "Quran" dərslərində uşaqlara işgəncə verdi

Azyaşlılara işgəncə verməkdə təqsirləndirilən Tacikistandan olan missioner məhkəmənin qərarı ilə həbs edilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Sankt-Peterburq məhkəməsi Tacikistan Respublikasının vətəndaşı Şərofiddin Raxmatovu həbs edib. Həmin şəxs və onun şərik olduğu iddia edilən iki nəfər Türkiyə vətəndaşı Dinçer və Azərbaycan vətəndaşı Ağayev azyaşlı uşaqlara işgəncə verməkdə ittiham olunurlar. Məlumata görə, onlar qəsdən və sistemli şəkildə dörd azyaşlı şagirdə fiziki ağrı və ruhi əzab veriblər. Saxlanılan şəslər Sadovaya küçəsində yerləşən yaşayış binasında dini yönümlü “təlim” keçiblər. İş materiallarına görə, əcnəbilər şəxsi ədavət zəminində hərəkət edərək onlara əmanət edilmiş uşaqları mütəmadi olaraq təhqir edib döyüblər.

Mayın 24-də Rəhmatov saxlanılıb. Ertəsi gün o, vicdan azadlığı və dini birliklər haqqında qanunu pozduğunu etiraf edib. Müəyyən edilib ki, saxlanılan şəxs Dinçer və Ağayevlə birlikdə özünün də üzvü olduğu Rusiyada qeydiyyatı olmayan dini birliyə bəzi şəxsləri tanıtmaq məqsədilə “Cümə namazı” qılıb. Sonra məlum olub ki, missionerlər bir il Rusiya Federasiyasına gələrək təbliğat üçün Sankt-Peterburqda mənzil kirayələyiblər. Orada miqrantların dediyinə görə, dini öyrətdikləri uşaqlar yaşayır.

İttihama əsasən, “dini təlimçilər” inzibati xəta törətməkdə təqsirli bilinərək, 30.000 rubl (təxminən 636 manat) cərimə ediliblər və barələrində Rusiya Federasiyasından qovulma qərarı seçilib.

Lakin Rəhmatov iyulun 23-dək həbs edilib. Çünki məhkəmə onun deportasiyasının Rusiya Federasiyası Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə başlanmış iş üzrə ibtidai istintaqın başa çatdırılmasının mümkünsüzlüyünə səbəb ola biləcəyini hesab edib.

# 3576
avatar

Mehman Nəbiyev

Oxşar yazılar