Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verilib.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Tələt Əliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.
T. Əliyevin barəsində məhkəmə qərarı ilə həbsli axtarış verilib.
Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri axtarış-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Tələt Əliyev Azərbaycanın tanınmış diplomatıdır. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri postunu tutub.
Yerli mətbuatın yazdığına görə, T.Əliyev səfir olduğu dövrlərdə külli miqdarda dövlət vəsaitini mənimsəyib.
Tələt Əliyev