Azərbaycanın bu kəndində 1 tondan çox ÇƏTƏNƏ KOLU MƏHV EDİLDİ
22 may 2021 10:19 (UTC +04:00)

Azərbaycanın bu kəndində 1 tondan çox ÇƏTƏNƏ KOLU MƏHV EDİLDİ

1

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Şəfəq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi 1 ton 320 kq olan 2200 ədəd çətənə kolu aşkar olunub.

Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3165

Oxşar yazılar