Azərbaycanda narkotacir sexi və evləri qarət etdi - FOTO
02 mart 2022 19:53 (UTC +04:00)

Azərbaycanda narkotacir sexi və evləri qarət etdi - FOTO

Masallıda narkotik vasitə ilə tutulan keçmiş məhkumun oğurluq əməllərinin də üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Qəzənfər Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin oğurluq əməllərinin də üstü açılıb. Belə ki, Q.Əliyevin ayrı-ayrı vaxtlarda rayon ərazisindəki plastik boru istehsalı sexlərindən birindən 2000 manat dəyərində ehtiyat hissələri və naqil, yaşayış evlərindən birinin həyətindəki tövlədən 250 manat dəyərində 2 baş xırdabuynuzlu heyvan və digər bir yaşayış evindən isə 500 manat dəyərində məişət əşyalarını oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1881
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Sabirabadda iki qardaş  saxlanıldı

Sabirabadda iki qardaş saxlanıldı

29 iyun 2024 , 09:51
Şəmkirdə 31 yaşlı kişi BIÇAQLANDI

Şəmkirdə 31 yaşlı kişi BIÇAQLANDI

29 iyun 2024 , 08:18
Pirsaat anbarında suyun səviyyəsi kritik həddə  çatdı

Pirsaat anbarında suyun səviyyəsi kritik həddə çatdı

28 iyun 2024 , 21:21
BELƏSİ OLMAMIŞDI:  Qoz ağacından məftillə özünü asdı

BELƏSİ OLMAMIŞDI: Qoz ağacından məftillə özünü asdı

28 iyun 2024 , 19:48
Rusiyada polis bu azərbaycanlın ı axtarır

Rusiyada polis bu azərbaycanlını axtarır

28 iyun 2024 , 19:13
Yasamalda KÜTLƏVİ HƏBSLƏR

Yasamalda KÜTLƏVİ HƏBSLƏR

28 iyun 2024 , 16:33
"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi

"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi

28 iyun 2024 , 16:19
İnterpoldan ƏMƏLİYYAT:  Azərbaycanlı tutuldu

İnterpoldan ƏMƏLİYYAT: Azərbaycanlı tutuldu

28 iyun 2024 , 16:09