Azərbaycanda kəndin körpüsü   OĞURLANDI - FOTO
22 fevral 2023 12:26 (UTC +04:00)

Azərbaycanda kəndin körpüsü OĞURLANDI - FOTO

Göygöldə oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 20-də Göygöl rayonunun Çaylı kəndi ərazisində çayın üzərində quraşdırılan kənd sakinlərinə məxsus dəmir körpünün sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Babayev, Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuş E.Məmmədov, X.Əliyev və İ.Kamalzadə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3015
avatar

Oxşar yazılar