2021-ci ildə Azərbaycanda 612 intihar hadisəsi qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib. Onun sözlərinə görə, intihar edənlərdən 438 nəfəri kişi, 174 nəfəri qadın, 46-ı isə yetkinlik yaşına çatmayan şəxslərdir.
F. Həsənəliyev bildirib ki, təəssüf ki, intihar edənlər arasında şəhid ailələrinin də üzvləri var.