Bakının Sabunçu rayonunda ağır yol qəzası qeydə alınıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Balaxanı şossesində baş verib.
Belə ki, “Chevrolet” markalı maşın yolun sağ zolağında hərəkətdə olan “Mercedes” markalı ağırtonajlı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində minik maşının sürücüsü ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Ağırtonajlı maşının sürücüsü İlqar Mahmudov “APA” ya bildirib ki, o idarəetməsində olan nəqliyyat vasitəsilə hərəkətdə olarkən qəfil qarşısına mameə çıxıb. Bu zaman onunla eyni istiqamətdə hərəkətdə olan minik avtomobilinin sürücüsü düzgün ara məsafəsi seçmədiyinə görə qəza baş verib.
Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.