Ağstafada AĞIR QƏZA:  yaralılar var
08 avqust 2025 09:05 (UTC +04:00)

Ağstafada AĞIR QƏZA: yaralılar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Kösgər kəndi yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı daşa çırpılıb.

Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305

Oxşar yazılar