Ağcabədidə mağazadan araq və siqaret oğurlayan saxlanıldı
26 iyun 2024 08:33 (UTC +04:00)

Ağcabədidə mağazadan araq və siqaret oğurlayan saxlanıldı

Ağcabədidə oğurluq törətdiyinə görə əvvəllər məhkum olunan şəxs eyni əmələ görə yenidən saxlanılıb.

Lent.az xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində mağazadan oğurluq edən Nahid Hüseynov saxlanılıb.

Onun tütün məmulatları və içki məhsulları oğurlamaqla mağaza sahibinə maddi ziyan vurduğu müəyyən edilib. Oğurlanmış məhsulların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Oxşar yazılar