Ağadadaş Ağayev insidenti hansı klinikada törədib? - Polisə ÇAĞIRILDI
23 iyul 2024 12:03 (UTC +04:00)

Ağadadaş Ağayev insidenti hansı klinikada törədib? - Polisə ÇAĞIRILDI

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə "MedEra" klinikasında baş verib. 

Xalq artisti Ağadadaş Ağayev "MedEra" klinikasının yerləşdiyi şəhərcikdə yaşayır. 

Onkoloji xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün eyvana çıxaraq klinikadan yardım istəyib.

Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman əsəbiləşən A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.

Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Daxil olan şikayət əsasında polisdə araşdırmalara başlanıb. 

A.Ağayevin ifadə vermək üçün polisə çağırıldığı bildirilir. 

Faktla bağlı hələlik cinayət işi açılmasa da, hadisədə xuliqanlıq hərəkətlərinin olduğu və gələcəkdə bu maddə ilə cinayət işinin başlanacağı da istisna edilmir. 

TƏBİB-dən Lent.az-a bildirilib ki, hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə, eləcə də TƏBİB-in tabeliyində tibb müəsissələrinə müraciət daxil olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5277

Oxşar yazılar

Azərbaycanın axtardığı iki nəfər Avropada tutuldu - YENİLƏNİB

Azərbaycanın axtardığı iki nəfər Avropada tutuldu - YENİLƏNİB

13 iyun 2025 , 16:58
Rusiya onları həbs edib Azərbaycana verdi

Rusiya onları həbs edib Azərbaycana verdi

13 iyun 2025 , 15:26
Ər-arvad binadan yıxıldı,  qadın öldü

Ər-arvad binadan yıxıldı, qadın öldü

13 iyun 2025 , 14:49
Autizmli uşaq onuncu mərtəbədən yıxılıb öldü

Autizmli uşaq onuncu mərtəbədən yıxılıb öldü

13 iyun 2025 , 14:21
Beş uşaq evdə diri-diri  yandı

Beş uşaq evdə diri-diri yandı

13 iyun 2025 , 13:16
Dünən bank kartlarından 20 minə yaxın  pul oğurlanıb

Dünən bank kartlarından 20 minə yaxın pul oğurlanıb

13 iyun 2025 , 12:18
Ağdamda insan sümükləri  tapıldı

Ağdamda insan sümükləri tapıldı

13 iyun 2025 , 11:03
Bakıda kişi yola benzin tökdü, özü də yandı

Bakıda kişi yola benzin tökdü, özü də yandı

13 iyun 2025 , 10:49