Təmas xəttində partlamış mərmi qalıqları aşkarlandı - FOTO
04 oktyabr 2020 02:07 (UTC +04:00)

Təmas xəttində partlamış mərmi qalıqları aşkarlandı - FOTO

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən - 33 (otuz üç) müraciət daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata görə, daxil olmuş 33 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Kürdlər, Minaxorlu, Ağabəyli, Bayat, Yuxarı Qiyaməddinli kəndləri, Hindarx qəsəbəsi və Sadıqov küçəsi, Beyləqan rayonu, Bərdə rayonunun Şahvəlilər kəndi, Cəbrayıl rayonu, Füzuli rayonunun Əhmədalılar kəndi və Horadiz qəsəbəsi, Goranboy rayonunun Xanqərvənd, Yenikənd və İrəvanlı kəndləri, Tərtər rayonunun Səhləbad, Borsunlu kəndləri, N.İsgəndərov və Cavanşir küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 33 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 21 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin agentliyin partlayış qrupu tərəfindən 4 ədəd raket yerində işarələnib və növbəti iş günü qazılması həyata keçiriləcək.

# 604
avatar

Oxşar yazılar

Autizm xəstəsi olan uşaq özünü öldürdü

Autizm xəstəsi olan uşaq özünü öldürdü

28 fevral 2024 , 13:39
Ata ögey qızlarına təcavüz etdi

Ata ögey qızlarına təcavüz etdi

28 fevral 2024 , 12:54
Laçında itən əsgərimiz Ermənistanda tapıldı

Laçında itən əsgərimiz Ermənistanda tapıldı

28 fevral 2024 , 12:33
Kamran Əliyev 5 rayona   yeni prokuror təyin etdi - YENİLƏNİB

Kamran Əliyev 5 rayona yeni prokuror təyin etdi - YENİLƏNİB

28 fevral 2024 , 12:20
Azərbaycan əsgəri Laçında yoxa çıxdı

Azərbaycan əsgəri Laçında yoxa çıxdı

28 fevral 2024 , 12:06
Mağazada saxta araqlar  aşkarlandı

Mağazada saxta araqlar aşkarlandı

28 fevral 2024 , 11:51
Qubada evdə partlayış:  ana və qızı...

Qubada evdə partlayış: ana və qızı...

28 fevral 2024 , 10:51
Axtarışda olan 141 nəfər saxlanıldı

Axtarışda olan 141 nəfər saxlanıldı

28 fevral 2024 , 10:21