Koronavirusa yoluxan ər-arvad icazəsiz evdən çıxdı
25 noyabr 2020 12:17 (UTC +04:00)

Koronavirusa yoluxan ər-arvad icazəsiz evdən çıxdı

Masallı və Biləsuvarda polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş şəxslərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Masallı şəhər sakini Nizami Allahverdiyev və onun həyat yoldaşı Mənzər Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar.

Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının son bir neçə gündə keçirdiyi müvafiq tədbirlərlə 7 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə, Səyyarə Əzizova və Aygün Qasımova isə Biləsuvar rayonunu tərk etmək istəyərkən stasionar postda saxlanılıblar.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq ediliblər.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.

# 883
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Polis saxta pulla  özünə maşın aldı

Polis saxta pulla özünə maşın aldı

18 aprel 2024 , 11:13
Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR

Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR

18 aprel 2024 , 10:55
Abşeronda evdən 16 minlik  OĞURLUQ

Abşeronda evdən 16 minlik OĞURLUQ

18 aprel 2024 , 10:51
Bu qızı görənlər polisə xəbər versin - FOTO

Bu qızı görənlər polisə xəbər versin - FOTO

18 aprel 2024 , 10:45
Bakıda FACİƏ:  kişi su quyusuna düşüb öldü

Bakıda FACİƏ: kişi su quyusuna düşüb öldü

18 aprel 2024 , 10:29
Astarada "avtoş" luq edən həbs olundu

Astarada "avtoş"luq edən həbs olundu

18 aprel 2024 , 10:20
Evə girib, görün nə oğurladı: Saz...

Evə girib, görün nə oğurladı: Saz...

18 aprel 2024 , 10:07
Yük maşını  piyada qadını vurdu

Yük maşını piyada qadını vurdu

18 aprel 2024 , 09:45