Kənd sakini həmkəndlisini bıçaqlayaraq öldürdü
11 avqust 2020 23:30 (UTC +04:00)

Kənd sakini həmkəndlisini bıçaqlayaraq öldürdü

İmişlidə qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Göbəktala kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Pünhan Nağı oğlu Hüseynov mübahisə zəminində yaxın qohumlar olan - 1990-cı il təvəllüdlü Səbuhi Rüzgar oğlu Əmrahovu və 1985-ci il təvəllüdlü Amid Əvəz oğlu Əmrahovu bıçaqlayıb. 

Sonucu hadisə yerində ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. P.Hüseynov polis tərəfindən saxlanılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

# 2704
avatar

Oxşar yazılar